Ukrayna mətbuatı xəbər verir ki, Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavoduna basqın etməyə başlayıb

16:36, 03.05.2022

Ukrayna mətbuatı xəbər verir ki, Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavoduna basqın etməyə başlayıb. Bu barədə Azov Legionunun komandirinin müavini Siavtoslav Palmar deyib.

“Bizi bütün gecə hava hücumları ilə bombaladılar, iki dinc sakin həlak oldu və indi “Azovstal”a hücum edilir”, – Palamar bildirib.

Azov Legionu komandirinin müavini Ukrayna mediasına bildirib ki, onlar prezident Zelenskinin vəziyyətlə bağlı məlumatlandırıldığından xəbərdardırlar və buna görə də kəskin tədbirlər görəcəyi gözlənilir.

Oxşar