Ukrayna mənbələrinin məlumatına əsasən, Rusiya İstanbulda "nə vaxtsa müzakirə edilən hər şeyi aşan" qeyri-real tələblər irəli sürüb
Ukrayna mənbələrinin məlumatına əsasən, Rusiya İstanbulda "nə vaxtsa müzakirə edilən hər şeyi aşan" qeyri-real tələblər irəli sürüb

 

İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna nümayəndə heyətləri dağılışıb və mətbuat üçün bəyanatlar veriləcək.

Yayılmış məlumata əsasən, nümayəndə heyətləri arasında görüş təxminən bir saat 50 dəqiqə davam edib.

Bundan əvvəl ukraynalı mənbə “Sky News”a deyib ki, Rusiya “qeyri-real” və “nə vaxtsa müzakirə edilən hər şeyi xeyli aşan” tələblər irəli sürüb.

Mənbənin məlumatına əsasən, atəşkəs razılaşmasının icrası üçün Ukrayna qoşunlarının öz ərazisindən çıxarılması Rusiyanın bəzi tələbləri arasında yer alıb.

Daha bir mənbə “BBC”yə deyib ki, Rusiya danışıqlardan “vaxt qazanmaq və tamaşa qurmaq” üçün istifadə edir.