Ukrayna məhkəməsi hərbi cinayətlərdə ittiham olunan rus əsgərini ömürlük həbs cəzasına məhkum edib

15:07, 23.05.2022

Ukrayna məhkəməsi hərbi cinayətlərdə ittiham olunan 21 yaşlı rus əsgəri Vadim Şişimarini ömürlük həbs cəzasına məhkum edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Medianın məlumatına görə, müvafiq qərarı Kiyevin Solomenski Rayon Məhkəməsinin hakimlər kollegiyası qəbul edib.

Vadim Şişimarin müharibə qanunlarını və adətlərini pozmaqda və Sumi rayonunda 62 yaşlı silahsız kişini qəsdən öldürməkdə ittiham olunurdu.

Oxşar