Ukrayna mediasının məlumatına görə, Volodimir Zelenski bu gün Münhendə Marko Rubio ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşəcək. Bu barədə Ukrayna mediası prezidentin mətbuat katibi Sergey Nikiforova istinadən məlumat yayıb.
Zelenski Rubio ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcək. Rubio konfransda bu gün çıxış edəcək.
Konfrans çərçivəsində Volodimir Zelenski Ukraynaya dəstək məsələsinə həsr olunmuş panel müzakirəsində də iştirak edəcək.
Bununla yanaşı, Ukrayna Prezidenti artıq Avropa İttifaqı ölkələrinin liderləri ilə bir sıra görüşlər keçirib.