Ukrayna mediasının məlumatına görə, Vladimir Zelenski Çinlə əlaqəni bərpa etmək arzusunda olduğunu ifadə etdi
Ukrayna prezidenti, Vladimir Zelenski Çinlə əlaqəni bərpa etmək arzusunda olduğunu ifadə etdi. Məlumatı Ukrayna mediası yayır.
Ukrayna prezidentinin dediyinə görə, Pekinin Kiyevlə bağlı rəsmi mövqeyi birmənalı deyil.
Zelenskinin bəyan etdiyinə görə, Rusiyanın Ukraynaya işğalına qdər Pekinlə müxtəlif rabitə xətləri var idi, iqtisadi-ticarət əlaqələri mövcud idi.
“İstərdim ki, onlar Ukraynaya yardım etsinlər”, – Ukrayna prezidenti bəyan etdi.
Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Çin Rusiyanın əsas iqtisadi müttəfiqi və güclü ölkə kimi Rusiyaya öz yerini göstərə bilər.