Ukrayna mediasının məlumatına görə, Ukraynalılar Xerson vilayətində Rusiya qüvvələrinin işğal etdiyi aerodroma raket zərbəsi endirdilər
Ukraynalılar Xerson vilayətində rusların işğal etdiyi Çernobayevka aerodromunu bombaladılar. Bu barədə məlumatı Ukrayna mediası yayır.
Medianın məlumatına görə, Çernobayevka aerodromuna ən azı üç raket zərbəsi endirildi. Eyni zamanda sosial şəbəkələrdə aerodrom ərazisindən tüstünün gıxdığını əks etdirən fotolar yayılır.
Medianın yazdığı kimi, ruslar Çernobayevka aerodromundan komanda məntəqəsi kimi, eləcə də helikopter və təyyarələrin yerləşdirilməsi üçün istifadə edirlər.
Ukraynalılar son bir neçə həftədir ki, işğal edilən Xerson vilayətini azad etməyə çalışırlar.
İşğal olunmuş bölgə administrasiyasının nümayəndəsinin qeyd etdiyi kimi, Ukraynalıların uğurlarına baxmayaraq, Xerson vilayətində hələ də xeyli sayda Rusiya silahlı qüvvələri qalmaqdadır.