Ukrayna mediasının məlumatına görə, Ukrayna ordusunun desant bölməsi Donetsk vilayətinin Liman şəhərinin girişindədir

16:42, 01.10.2022

Ukrayna mediasının məlumatına görə, Ukrayna ordusunun desant bölməsi Donetsk vilayətinin Liman şəhərinin girişindədir.

Ukrayna Silahlı Qüvvələrində beş min rus əsgərinin qaldğı şəhərin tam mühasirədə olduğunu bəyan edirlər.

Yayılan məlumata görə, Limandakı rus hərbçiləri şəhəri tərk etmək üçün rəhbərlikə müraciət etsə də, onlar buna rədd cavabı aldılar. Ukrayna ordusunun bölmələri Liman yaxınlığında daha 5 yaşayış məntəqəsini azad etdi.

Ukrayna mediası yazır ki, Limanın ələ keçirilməsi ölkə ordusuna Luqansk vilayətinin qərb sərhədi boyunca və Severodonetsk-Lisıçansk bölgəsində Rusiya Federasiyasının mövqelərinə hücum etməyə imkan verəcək.

Oxşar