Ukrayna mediasının məlumatına görə, Ukrayna limanlarını 20 gündə taxılla yüklənmiş 27 gəmi tərk etdi

22:48, 20.08.2022

Ukrayna limanlarını 20 gündə taxılla yüklənmiş 27 gəmi tərk etdi, 18 gəmi isə, daxil oldu. Ukrayna mediasının məlumatına görə, qeyd olunan barədə ölkənin İnfrastruktur Nazirliyində bəyan edirlər.

Nazirliyin məlumatına görə, avqustun 1-dən Ukrayna limanlarını 670 min ton kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 27 yük gəmisi tərk edib.

Bununla yanaşı, idarənin məlumatına görə, üzdəniraq taxıl razılaşmasının həyata keçirilməsindən indiyədək 18 gəmi yüklənmə üçün ölkə limanlarına daxil olub və eləcə də 40-a qədər gəminin müraciəti müzakirə olunur.

“Ukrayna qlobal aclıqla mübarizədə dünya qarşısında öhdəliklərini yerinə yetirir. Qara Dənizdə təhlükəsizlik təminatlarını həyata keçirdikləri üçün müttəfiqlərə təşəkkür edirik”,  -Nazirlikddə bəyan edirlər.

Oxşar