Ukrayna mediasının məlumatına görə, Ukrayna dəstək aksiyasının keçirildiyi Slavutiç şəhərinə rus hərbçiləri soxuldular
Rus hərbçiləri Kiyev vilayətinin nəzarəti altında olan Slavutiç şəhərinə soxuldular. Bu barədə məlumatı Ukrayna mediası Kiyev vilayət hərbi administrasiyasının rəhbəri, Aleksandr Pavilyuka istinadən yayır.
Onun məlumatına görə, işğalçılar şəhərin xəstəxanasını ələ keçirdilər və mer, Yuri Fomiçi qaçırdılar.
Kiyev vilayət hərbi administrasiyasının rəhbəri həmçinin bəyan edir ki, rus hərçbiləri Ukrayna dəstək aksiyasında səmayə atəş açdılar. Onun məlumatına görə, buna baxmayaraq nümayişçilər dağılmayıblar. Onlar ruslar tərəfindən ələ keçirilən xəsətəxanaya doğru gedirlər.
Slavutiç şəhəri 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının fəlakət zonasından təxliyə edilənlər üçün salınıb.