Ukrayna mediasının məlumatına görə, rus işğalçıları Zaporojyeyə raket zərbəsi endirdilər
Rus işğalçıları Zaporojyeyə kütləvi raket hücumu həyata keçirdilər. Məlumatı Ukrayna mediası Zaporojye Dairə Hərbi Administrasiyasının rəhbəri, Aleksandr Starux və Zaporojye Şəhər Şurasının katibi, Anatoli Kurtev istinadən yayır.
Yayılan məlumata görə, infrastruktur dağıdılıb. Həmçinin məlumat yayılır ki, bir nəfər həlak olub, ikisi yaralanıb.
“Saat 19:15 radələrində düşmən şəhərə raket zərbəsi endirdi. Ümumilikdə beş raket buraxılıb. Şevçenkovski rayonunun mərkəzində infrastruktur dağıdılıb. Yanğın baş verib”, – Starux yazır.