Ukrayna mediasının məlumatına görə, rus işğalçıları Dnepropetrovsk vilayətinin Nikopol rayonuna hücum həyata keçirdilər, nəticədə 11 nəfər həlak oldu
Rusiya işğalçıları Dnepropetrovsk vilayətinin Nikopol rayonuna hücum həyata keçirdilər, 11 nəfər həlak olub. Məlumatı Ukrayna mətbuatı Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri, Valentin Rezniçenkoya istinadən yayır.
Rezniçenkonun sözlərinə görə, 13 nəfər yaralanıb.
İşğalçı rayonu “Qrad” raketləri ilə bombaladı.
“Nikopol rayonunda faciəli gecə. Rusiya ordusu 11 nəfəri öldürdü, 13 nəfər yaralanıb. Düşmən ərazini iki dəfə 2qradlardan” bombaladı. İnsanlar evlərində yatarkən məqsədyönlü və xaincəsinə zərbələr endirdi”, – Rezniçenko bəyan etdi.