Ukrayna mediasının məlumatına görə, ötən gecə Rusiyanın Donetsk və Xarkov vilayətlərini bombalaması nəticəsində 3 nəfər həlak olub
Rusiya işğalçı qüvvələrinin Ukrayna ərazisini bombalaması tələfat ilə nəticələndi.
Ukrayna mediasının məlumatına görə, ötən gecə Rusiyanın Donetsk və Xarkov vilayətlərini bombalaması nəticəsində 3 nəfər həlak olub.
Ukrayna mediasının yazdığına görə, Rusiya Xerson vilayətində əlavə 1300 əsgərin cəlb olunduğu Kadırovun döyüşçüləri ilə işğalçı qüvvələri gücləndirir.
Ukrayna ordusu Luqansk vilayətinin Kremanaya şəhərində yerləşən Rusiya hərbi bazasına hücum etdi, nəticədə Rusiya 400-ə yaxın əsgəri və 100-ə yaxın hərbi texnikasını itirdi.