Ukrayna mediasının məlumatına görə, Kramatorskda raket hücumu nəticəsində üç nəfər həlak oldu

10:38, 02.02.2023

Ukraynada, Donetsk vilayuətinin Kramatorsk şəhərində raket hücumu nəticəsində üç nəfər həlak oldu və 20 nəfər xəsarət aldı. Bu barədə Ukrayna mətbuatı Donetsk vilayətinin polisinə istinadən məlumat yayır.

Yayılan məlumata görə, “İsgəndər” tipli raket yaşayış məntəqəsinə düşdü.

Axtarış-xilasetmə bölmələri hələ də hadisə yerində işləyirlər. Donetsk vilayəti polisinin məlumatına görə, xarabalıqlarda insanların qalması ehtimal edilir.

Oxşar