Ukrayna mediasının məlumatına görə, diplomatik münasibətlərin kəsilməsi fonunda Ukraynanın Rusiyadakı maraqlarının təmsilçisi İsveçrənin olması mümkündür

10:21, 11.08.2022

Kiyev və Moskva arasında diplomatik münasibətlərin kəsilməsi fonunda Ukraynanın Rusiyadakı maraqlarının təmsilçisi İsveçrənin olması mümkündür.

Ukrayna mediasının məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi, Mikel Ştaynerin sözlərinə görə, Ukrayna və İsveçrə sözügedən məsələ ilə bağlı danışıqları başa çatdırdılar.

“Ukrayna İsveçrədən Rusiyadakı himayə mandatını öz üzərinə götürməsini istədi. Mandatın qüvvəyə minməsi üçün Rusiyanın razılığı lazımdır”, – Ştayner bəyan etdi.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyidə bəyan edirlər ki, Ukraynanın İsveçrə tərəfindən rəsmi təmsil olunması ilə bağlı Bernlə heç bir kontaktları olmayıb.

Daha əvvəl siə, Rusiyanın Xarici İşlər naziri, Sergey Lavrov bəyan etmişdi ki, Rusiya onlara qarşı sanksiyalara qoşulan ölkə ilə, Ukrayna ilə vasitəçilik məsələsini müzakirə etməyə hazır deyil. İsveç isə, Rusiya qarşı sanksiyalar tədbiq edib.

Oxşar