Ukrayna mediasının məlumatına görə, "Azovstal" zavoduna ruslar soxuldular
Ukrayna mediasının məlumatına görə, "Azovstal" zavoduna ruslar soxuldular

Ukrayna mediasının məlumatına görə, Mariupolda yerləşən “Azovstal” zavoduna ruslar soxuldular.

Məlum olduğu kimi, təxliyyə edilməyən Ukrayna döyüşçüləri və vətəndaşları hələ də zavoddadılar.

Ukrayna mətbuatının öz mənbəsinə istinadən verdiyi məlumata görə, “Azovstal” zavoduna hücum 3 mayda başladı və Rusiya hərbçiləri zavoda bu gün soxuldular. Buna qədər zavod intensiv şəkildə bombalanırdı.

Ukrayna mediasının məlumatına görə, zavodda indi ağır döyüşlər aparılır. Ukraynalı hərbçilərlə əlaqə kəsildi.