Ukrayna mediasının məlumatına əsasən, Ukrayna Rusiyanın Kursk vilayətində işğal olunmuş ərazilərin 50 faizini itirib
Ukrayna Rusiyanın Kursk vilayətində işğal olunmuş ərazilərin 50 faizini itirib. Bu haqda Ukrayna mediası yazır.
Ukraynanın 82-ci Hava Desant Briqadasının artilleriya rəisi, mayor İvan Bakrev bildirir ki, ruslar demək olar ki, hər şeydə – canlı qüvvə, artilleriya, maşınlarda üstünlüyə malikdirlər və mexanikləşdirilmiş hücumlardan böyük effektlə piyada hücumlarına keçirlər.
Ukraynalı hərbçinin izahatına əsasən, Ukraynanın sentyabrın sonunda elit bölmələri daha az təcrübəli birləşmələrlə əvəz etməsi ilə uğursuzluq başlayıb. O, bunun səhv olduğunu bildirib.
“Kurskda bütün bölmələr müdafiəyə keçib” – İvan Bakrev bildirib.