Ukrayna mediasının məlumatına əsasən, Rusiya ordusu Dnepr şəhərini ballistik raketlə bombalayıb, nəticədə bir nəfər həyatını itirib, yaralılar da var
Rusiya ordusu Ukraynanın Dnepr şəhərini ballistik raketlə bombalayıb. Ukrayna mediasının məlumatına əsasən, bombardman nəticəsində 42 yaşlı kişi həyatını itirib. Şəhərin xəstəxanaları yaralıları qəbul edir.
Dnepropetrovskun Regional Hərbi Administrasiyasının rəhbəri Serqei Lisakın bəyanatına əsasən, hadisə yerində genişmiqyaslı yanğın başlayıb, eləcə də mülki obyektin ərazisində dağıntı var.
Bundan əvvəl Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə “Shahed” pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində 15 nəfər yaralanıb.