Ukrayna mediasının məlumatına əsasən, ötən gecə boyunca Rusiyanın qüvvələri Xarkov vilayətinə hücum ediblər, 4 nəfər həlak olub
Ötən gecə boyunca rus hərbçilər Xarkov vilayətinə hücum ediblər, 4 nəfər həlak olub. Məlumatı yerli hakimiyyət yayır.
Xarkovun meri, hücumun özəl sektora qarşı həyata keçirildiyini deyir. Yaşayış binaları dağılıb. Hazırda dağıntıların təmizlənməsi prosesi gedir.
Kiyevə də pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. Paytaxta hücum nəticəsində bir neçə rayonda yanğın baş verib, yerli infrastruktura və avtomobillərə ziyan dəyib, 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanaya yerləşdiriliblər.