Ukrayna mediasının məlumatına əsasən, Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri ABŞ-nin planının əksər müddəaları üzrə razılığa gəliblər və mübahisəli bəndlərin əhəmiyyətli hissəsinə düzəliş edə biliblər

Ukrayna mediası ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşünün sülh planındakı dəyişikliklərlə bağlı yeni təfərrüatlarını dərc edir.

“RBC Ukraine” nəşrinin məlumatına əsasən, Cenevrədə nümayəndə heyətləri ABŞ-nin planının əksər müddəaları üzrə razılığa gəliblər və mübahisəli bəndlərin əhəmiyyətli hissəsinə düzəliş edə biliblər. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin miqdarı, Zaporojie Atom Elektrik Stansiyası, əsirlərin mübadiləsi və məhkumların qaytarılması formatı məsələsi var.

Lakin, medianın məlumatına əsasən, nümayəndə heyətləri ərazilərlə bağlı müddəaları və Ukraynanın NATO-ya üzvlüyünü istisna etmək haqda konstitusiya müddəasını “açıq saxlamaq” barədə razılığa gəliblər. Bu müddəaları prezidentlər Zelenski və Tramp səviyyəsində müzakirə etməli və razılaşdırmalıdırlar. Onların görüşü ya bu həftə, ya da gələn həftə keçirilə bilər, lakin Cenevrədə konkret tarix hələlik razılaşdırılmayıb.