Ukrayna mediasıının məlumatına görə, Ukrayna silahlı qüvvələri Xerson vilayətində işğalçıların hərbi anbarını dağıtdılar
Ukrayna silahlı qüvvələri Xerson vilayətində işğalçıların hərbi anbarını dağıtdılar. Bu barədə məlumatı Ukrayna mətbuatı “Cənub” əməliyyat komandanlığına əsaslanaraq yayır.
Daha dəqiq olaraq, Beloqorkada yerləşən döyüş sursatı anbarı dağıdılıb.
Bununla yanaşı, “Cənub” əməliyyat komandanlığının məlumatına görə, 29 işğalçı, “Pion” özüyeriyən top, beş ədəd zirehli və motorlu texnika məhv edilib.