Ukrayna mediası – Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın Vladimir vilayətində zavoda dronlarla hücum edib
Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın Vladimir vilayətində yerləşən zavoda dronlarla hücum edib – bu barədə məlumatı Ukrayna mediası yayır.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev pilotsuz uçuş aparatının düşməsi nəticəsində Muromda yerləşən müəssisədə yanğının baş verdiyini bildirib.
“Bir neçə pilotsuz uçuş aparatının uçuşu qeydə alınıb. Onları elektron döyüş vasitələri ilə vurublar. Dronlar iki binaya zərər vurub: onlardan birində yanğın baş verib və lokallaşdırılıb. İkinciyə isə azca ziyan dəyib” – qubernator “Telegram”da yazıb.
“RBC-Ukrayna”nın mənbəsi bildirib ki, Murom zavodunda “Döyüş sursatlarının alışdırma vasitələri, eləcə də Rusiya hərbi-dəniz donanması və hərbi aviasiyası üçün nəzərdə tutulan komponentlər hazırlanır”.
Avropa İttifaqı Murom zavoduna qarşı sanksiyalar tətbiq edib.