Ukrayna mediası Ukrayna tərəfinin Volodimir Zelenski ilə Donald Trampın görüşünü israrla tələb etdiyi haqda məlumat verir
Ukrayna mediası Ukrayna tərəfinin Volodimir Zelenski ilə Donald Trampın görüşünü israrla tələb etdiyi haqda məlumat verir

 

Ukrayna tərəfi Volodimir Zelenski ilə Donald Trampın görüşünü israrla tələb edir – bu haqda Ukrayna mediası anonim mənbəyə istinadən yazır.

“İşgüzar təmaslar görüşlər arasında da davam edir, onlar daimidir” – mənbə Ukrayna mediasına bildirib.

Anonim mənbənin qeyd etdiyi kimi, Ukrayna tərəfi Zelenski ilə Tramp görüşünün vacibliyini vurğulayır, çünki bu, sonrakı addımları ən yüksək siyasi səviyyədə müəyyən edə bilər.

“Ukrayna Prezidentinin ABŞ Prezidenti ilə müzakirə etməyi zəruri hesab etdiyi məsələlər var. Ümid edirik ki, bu fikir başa düşüləcək” – mənbə qeyd edib.

Xatırladaq ki, dünən Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. ABŞ dövlət katibi Marko Rubio görüşün məhsuldar və faydalı olduğunu, lakin hələ görüləsi çox işin olduğunu bildirib.