Ukrayna mediası - Ukrayna ehtimal ki, Rusiya ilə müharibəni bitirmək üçün güzəşt şəklində əsgərlərin sayını azaltmağa razılaşıb
Ukrayna mediası - Ukrayna ehtimal ki, Rusiya ilə müharibəni bitirmək üçün güzəşt şəklində əsgərlərin sayını azaltmağa razılaşıb

 

Ukrayna ehtimal ki, Rusiya ilə müharibəni bitirmək üçün güzəşt şəklində əsgərlərin sayını azaltmağa razılaşıb – bu haqda məlumatı Ukrayna mediası “Financial Times”a istinadən yayır.

Yayılmış məlumata əsasən, Kiyev ordunun əsgərlərinin sayını 800 000-ə qədər azaltmağa razılaşıb.

Ukraynanın rəsmi şəxsləri nəşrə bildiriblər ki, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp sülh planının ən həssas məsələlərini – ərazi və ABŞ-nin təhlükəsizlik zəmanətlərini müzakirə edəcəklər.

Keçən həftə Qərb mediası ABŞ-nin 28 maddəlik sülh planını dərc edib. Maddələrdən biri Ukrayna ordusunu 600 000 əsgərə qədər məhdudlaşdırmağı nəzərdə tuturdu.