Ukrayna mediası - Sorğuya əsasən, ukraynalıların 39%-i Volodimir Zelenskinin ölkədə aşkarlanan korrupsiya sxeminin bir hissəsi olduğunu hesab edir, 30%-i onun iş üzrə məsuliyyətə cəlb edilməli olduğunu düşünür
Ukraynalıların 39%-nin fikrincə, ölkə prezidenti Volodimir Zelenski Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən aşkarlanan korrupsiya sxeminin bir hissəsidir. Məlumatı Ukrayna mediası “Socis”in sorğusuna istinadən yayır, sorğu 12-18 dekabr tarixlərində keçirilib.
Sorğuya əsasən, ukraynalıların 29%-i Zelenskinin öz yaxın çevrəsindəki korrupsiya haqda bildiyini, lakin birbaşa iştirak etmədiyini, 19%-i isə prezidentin korrupsiya sövdələşmələri ilə heç bir əlaqəsi olmadığını və onlardan xəbərsiz olduğunu düşünür.
Bundan başqa, fikri soruşulanların 30%-i hesab edir ki, Ukrayna dövlət başçısı öz yaxın çevrəsindəki korrupsiyaya görə tam məsuliyyət daşımalıdır, 28%-i isə məsuliyyətin yalnız siyasi olmalı olduğunu və Zelenskinin yenidən seçkilərə qatılmamalı olduğunu düşünür.
“Socis”in sosioloqları qeyd edirlər ki, onların araşdırması fərqli yaş qrupları, cins, yaşayış tipi və regional bölgülər üzrə demək olar ki, bütün ölkə miqyasında aparılıb. Onlar, tədqiqatda ümumilikdə 2000 respondentin fikrinin soruşulduğunu bildirirlər.