Ukrayna mediası – Rusiyanın hücumu nəticəsində Çerniqovda iki azyaşlı həlak olub, 23 nəfər yaralanıb
Rusiya qüvvələri Ukraynada Çerniqov şəhərinin mərkəzi hissəsinə hücum edib, nəticədə iki 15 yaşlı qız həlak olub, daha 23 nəfər yaralanıb.
Ukrayna mediası yaralananlar arasında dörd uşağın, o cümlədən 10 aylıq qız uşağının olduğuna dair məlumat verir. Hücum yerində istintaq və əməliyyat qrupu və təcili yardım xidmətləri işləyir.
Ukrayna polisinin məlumatına əsasən, hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin müharibə cinayətləri ilə bağlı 438-ci maddəsi ilə məhkəməyəqədər istintaq başlanacaq.