Ukrayna mediası Rusiyada Volqoqrad vilayətində dronlarla hücumun həyata keçirildiyi haqda məlumat verir
Ukrayna mediası Rusiyada Volqoqrad vilayətində dronlarla hücumun həyata keçirildiyi haqda məlumat verir

 

Rusiyada Volqoqrad vilayətində dronlarla hücum həyata keçirilib.

“Ukrainska Pravda”nın yazdığı kimi, yerli sakinlər bildiriblər ki, dronların hədəfi Rusiya Silahlı Qüvvələrini yanacaqla təmin edən “Lukoyl”un obyekti olub. Onlar regionun cənub hissəsində ondan çox partlayışın baş verdiyini bildiriblər.

Yayılmış məlumata əsasən, hücum zamanı xəsarət alan olmayıb, lakin vurulan dronun fraqmentləri iki fərdi evin damına zərər verib. Bununla yanaşı, hücumdan sonra Moskvadan iki reys ləğv edilib.

Rusiya Müdafiə Nazirliyində gecə ölkənin hava hücumundan müdafiə qüvvələrinin Ukraynadan atılan 43 pilotsuz uçuş aparatını məhv etdiyini bildiriblər. Qurumun məlumatına əsasən, dronları Volqoqraddan başqa Rostov, Kursk, Belqorod və Krım istiqamətində də müşahidə ediblər.