Ukrayna mediası Rusiya tərəfindən Sumi vilayətinə hücum nəticəsində 2 nəfərin həlak olması, 1 nəfərin isə yaralanması, Xersona hücum nəticəsində 4 nəfərin yaralanması haqda məlumat verir

11:42, 24.03.2025

 

Rusiya Ukrayna şəhərlərinə hava hücumlarını davam etdirir. Martın 23-ü axşam Sumiyə edilmiş hücum nəticəsində iki nəfər həlak olub.

Ukrayna mediasının Sumi Prokurorluğuna istinadən verdiyi xəbər üzrə, Rusiya Sumi vilayətində idarə olunan hava bombalarından istifadə edib. Hücum nəticəsində bir nəfər yaralanıb, bir neçə ev dağılıb.

4 nəfərin yaralandığı Xerson vilayətinə də hücum edilib. Media yerli prokurorluğa istinadən yazır ki, dörd yaralının hamısı xəstəxanaya çatdırılıb.

Oxşar