Ukrayna mediası – Rusiya ordusu Ukrayna şəhərlərinə qarşı irimiqyaslı raket hücumları həyata keçirir, Kiyevdə partlayış səsləri eşidilir
Rusiya ordusu Ukrayna şəhərlərinə qarşı irimiqyaslı raket hücumları həyata keçirir, Kiyevdə partlayış səsləri eşidilir, – bu barədə məlumatı Ukrayna medisı yayır.
Elə onların məlumatına görə, Kiyev, Vinnitsa, Dnepropetrovsk, Odessa, Jitomir rayonlarında hava hücumundan müdafiə sistemi işləyir. Odessa şəhərində bir neçə partlayış oldu. Şəhərdə iki lektrik stansiyası zədələndi.
Məlumat yayılır ki, rus hərbçilərinin atdığı raketlər Lvov vliayəti istiqamətinə uçur.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat katibi, Yuri İqnat bəyan edir ki, Rusiya ən çox Ukraynanın mərkəzi hissəsinə diqqət yetirir.
Məlumat yayılır ki, ruslar Kiyev istiqamətinə 15-dən artıq qanadlı raket atıblar.