Ukrayna mediası rus qüvvələrinin Xarkov vilayətinin Balaklia şəhərinə zərbə endirməsi, ən azı üç nəfərin həlak olması haqda məlumat verir
Rus qüvvələri Ukraynanın Xarkov vilayətinin Balaklia şəhərinə zərbə endiriblər, nəticədə də ən azı üç nəfər həlak olub. Ukrayna mediası hadisə nəticəsində üç uşaq da daxil olmaqla on nəfərin yaralanması haqda məlumat verir.
“Üçü uşaq olmaqla, daha on nəfər yaralanıb. Yaralılardan doqquzu xəstəxanaya aparılıb, biri isə ambulator müalicə alır. Təəssüf ki, ola bilsin, yaralıların sayı yenə artsın” – Daxili İşlər Nazirliyinin nümayəndəsi Vitali Karabanov deyir.
Bununla yanaşı, Ukrayna mediasının məlumatına əsasən, rus qüvvələri Xersonda drondan istifadə etməklə təcili yardım avtomobilinə hücum ediblər, nəticədə də sürücü və həkim yaralanıb.
“Düşmən drondan istifadə etməklə təcili yardım ekipajına hücum edib. Sürücüdə partlayış nəticəsində aldığı yara və hər iki ayağında qəlpə yaraları müşahidə olunurdu. Paramedikdə beyin silkələnməsi, partlayış nəticəsində aldığı yara və qapalı kəllə-beyin travması müşahidə olunurdu” – Ukrayna mediası yazır.