Ukrayna mediası - Prezident Administrasiyası rəhbərinin müavini bəyan edir ki, Ukrayna müvəqqəti olaraq NATO-ya üzv olmaqdan imtina edir
Ukrayna mediası - Prezident Administrasiyası rəhbərinin müavini bəyan edir ki, Ukrayna müvəqqəti olaraq NATO-ya üzv olmaqdan imtina edir

Prezident Administrasiyasında bəyan edirlər ki, Ukrayna müvəqqəti olaraq NATO-ya üzv olmaqdan imtina edir.

Ukrayna mətbuatının məlumatına görə, bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini, Roman Jovkva “Financial Times” qəzetinə müsahibəsində bəyan etdi.

“NATO üzvləri bizim səylərimizirədd etdilər. Bununla bağlı başqa heç nə etməyəcəyik”, – Jovka bəyan etdi.

Ukrayna mətbuatının yazdığına görə, NATO Madrid Sammitində strateji konsepsiya qəbul edəcək. Onların məlumatına görə, əvvəlki versiya Şimali Atlantika Alyansını Ukrayna ilə partnyoluğu inkişaf etdirməyə məcbur edir və yeni konsepsiya bunu bir daha təsdiqləməlidir. Medianın məlumatına görə, hazırkı versiyada deyilir ki, NATO Rusiya ilə həqiqi strateji partnyorluğa can atır və NATO ilə Rusiya arasında əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Ukrayna strateji konsepsiyadan Rusiyanın partnyor kimi qeyd olunmasının çıxarılmasını istəyir.

Jovkva Rusiya ilə bağlı hər hansı qeydin silinəcəyini gözlədiyini, lakin bəzi ölkələrin dialoq üçün yer buraxmaq istədiyini bəyan edir.

“Partnyor” sözünün silinməsi kifayətdir. Biz gözləyirik ki, NATO-nun strateji konsepsiyasında rus təcavüzkarına qarşı daha sərt xəbərdarlıqlar olacaq. Rusiya ilə bağlı müddəaları formalaşdırmaqdan utanmayın. Əgər NATO üzvləri Avropada, Ukraynada baş verən real vəziyyəti açıqlamasalar, bu sənəd başqa bir sənəd olacaq, tamamilə əhəmiyyətsizdir”, – Jovka bəyan etdi.