Ukrayna mediası: Monakoda yaşayış binasında baş vermiş partlayış işi üzrə şübhəli bilinən qadının cəsədi Kiyev yaxınlığında tapılıb
Ukrayna mediası: Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə qarşı sui-qəsd işi üzrə şübhəli bilinən qadının cəsədi Kiyev yaxınlığında tapılıb
Ukrayna mediasının məlumatına görə, qadının cəsədi təxminən saat 23:00 radələrində aşkarlanıb. Onun basdırıldığı bildirilir. Mənbələrin məlumatına əsasən, qadın öldürülüb. O, 2025-ci il martın 22-dən 2026-cı il iyulun 1-dək Ukrayna ərazisindən kənarda olub.
Hüquq-mühafizə orqanlarındakı digər mənbə bildirib ki, iş üzrə artıq iki şübhəli şəxs saxlanılıb. Onlardan biri Baş Kəşfiyyat İdarəsinin hazırkı əməkdaşı, digəri isə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır.
İyunun 29-da Monakoda partlayış baş verib. Hadisə nəticəsində azı üç nəfər yaralanıb. Yaralananlar arasında sanksiya tətbiq olunan ukraynalı biznesmen Vadim Yermolayev də olub.
İyulun 3-də İnterpol Ukrayna vətəndaşı Anastasiya Berezovskayanın rəsmi axtarışa verildiyini açıqlayıb. O, Monakoda partlayıcı qurğunun yerləşdirilməsində şübhəli bilinir. Partlayış nəticəsində sanksiya tətbiq olunan biznesmen Vadim Yermolayev və onun ailə üzvləri xəsarət alıb.
İyulun 4-də Yermolayevin komadan ayıldığı bildirilib. Monakoda baş verən partlayışdan sonra onun müalicəsi davam etdirilir.