Ukrayna mediası – Fransa Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım edəcək
Fransa Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım edəcək. – Bu barədə Ukrayna mətbuatı yazır. Məlum olduğu kimi, Fransa bu yardımı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi faizlə ödəyəcək.
Fransanın müdafiə naziri Sebastien Lecornu bildirib ki, Fransa Ukraynaya Mirage 2000 qırıcıları üçün 155 mm-lik artilleriya mərmiləri və AASM hava bombaları verəcək.
Bundan əlavə, Fransa AMX-10RC yüngül tanklarının və VAB zirehli transportyorlarının çatdırılmasını sürətləndirəcək.
Ölkə həm Ukraynanı, həm də öz ordusunu dəstəkləmək üçün hərbi texnika istehsalını da artıracaq.