Ukrayna mediası Donald Trampın Ukraynaya 50 milyon dollar dəyərində silah satmağa razılaşması haqda məlumat verir
ABŞ Prezidenti Donald Tramp Ukraynaya 50 milyon dollar dəyərində silah satmağa razılaşıb – bu barədə “Kyiv Post” yazır.
Nəşrin anonim mənbəyə istinadən yazdığı kimi, Tramp administrasiyası müvafiq qərarla bağlı ehtimal ki, Konqresə məlumat verib.
Hərbi təyinatlı malların, o cümlədən texniki məlumatların və müəyyən xidmətlərin satışından söz gedir.
Bu, Trampın prezidentliyinin ikinci dövründə ilk belə addımdır.
Bununla yanaşı, xatırladaq ki, dünən ABŞ və Ukrayna faydalı qazıntılar haqqında razılaşmanı imzalayıblar və investisiya fondunun yaradılması barədə razılığa gəliblər.