Ukrayna mediası "Belaia" aerodromunun peykdən çəkilmiş şəkillərini yayır
Ukrayna mediası "Belaia" aerodromunun peykdən çəkilmiş şəkillərini yayır

 

Ukrayna mediası “Belaia” rus aerodromunun peykdən çəkilmiş şəkillərini yayır və Rusiyanın itkilərindən yazır.

Yayılmış məlumata əsasən, Rusiyanın İrkutsk vilayətində yerləşən aviabazaya Ukraynanın pilotsuz aparatları ilə hücum nəticəsində məhv olmuş təyyarələr görünür.

Peyk şəkillərinə əsasən, rus aviabazasında dörd ədəd “Ту-22М3” və üç ədəd “Ту-95МС” məhv olub, bir “Ту-95МС” isə zərər görüb.

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməliyyatı çərçivəsində həmçinin “Diaqilevo”, “Olenia” və “İvanovo” aviabazalarına da hücum həyata keçirilib. Ukrayna tərəfinin məlumatına əsasən, azı 41 təyyarə məhv edilib, Rusiyanın zərəri isə 7 milyard dollardan çoxdur. Söhbət “Tu-160”, “Tu-22” və “Tu-95” təyyarələrindən gedir.