Ukrayna mediası - Avropa İttifaqının ekspert qrupu Kiyevdədir və zədələnmiş "Druzhba" boru kəmərini yoxlamaq üçün Ukrayna tərəfdən icazə gözləyir
Avropa İttifaqının ekspert qrupu Kiyevdədir və zədələnmiş “Druzhba” boru kəmərini yoxlamaq üçün Ukrayna tərəfdən icazə gözləyir – bu haqda məlumatı Ukrayna mediası mənbələrə istinadən yayır.
Medianın yazdığı kimi, Kiyevə gəldikdən sonra mütəxəssislər zədələnmiş yerə gedib çıxa bilməyiblər, çünki Ukrayna hələ zəruri icazəni verməyib.
Ekspertlərin məqsədi təmir işlərinin miqyasını və dəyərini qiymətləndirməkdir.
Məlumat üçün bildirək ki, bundan əvvəl Avropa İttifaqı Ukraynaya Macarıstan və Slovakiyaya rus neftinin tədarükünün yenidən bərpa edilməsi üçün “Druzhba” neft kəmərinin təmiri üçün maliyyə təklif etmişdi və Kiyev də buna razılaşmışdı. “Druzhba”nın təmirini maliyyələşdirməkdən başqa, Avropa İttifaqı Ukraynaya texniki yardım da təklif edib.
Məlumat üçün bildirək ki, Slovakiya və Macarıstana neft Ukrayna üzərindən, “Druzhba” neft kəməri ilə yanvarın 27-dən sonra artıq tədarük edilmir. Ukrayna tərəfinin bəyanatına əsasən, kəmər Rusiyanın hücumu nəticəsində zədələnib, Macarıstan isə bəyan edir ki, Kiyev onu qəsdən zədələyib.