Ukrayna mediası - Antikorrupsiya Bürosu energetika sahəsində korrupsiya ilə əlaqədar genişmiqyaslı axtarışlar aparır, müstəntiqlər Zelenskinin yaxın müttəfiqi olan iş adamının evinə də gediblər
Ukrayna mediası - Antikorrupsiya Bürosu energetika sahəsində korrupsiya ilə əlaqədar genişmiqyaslı axtarışlar aparır, müstəntiqlər Zelenskinin yaxın müttəfiqi olan iş adamının evinə də gediblər

 

Milli Antikorrupsiya Bürosunun nümayəndələri sabiq və hazırkı energetika naziri Qerman Qaluşenkonun evində, eləcə də “Energoatom”da istintaq hərəkətləri aparırlar.

Ukrayna mediası bu haqda Milli Antikorrupsiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.

“15 aylıq iş və 1000 saatlıq səs yazısı. Yüksək səviyyəli cinayətkar təşkilat sənədli şəkildə aşkarlanıb” – bəyanatda deyilir.

İstintaq qurumunda bəyan etdikləri kimi, istintaq çərçivəsində dövlət sektorunun strateji müəssisəsində “Energoatom”da fəaliyyət göstərən genişmiqyaslı korrupsiya sxemi aşkar edilib.

Həmçinin, daha əvvəl Ukraynanın antikorrupsiya orqanlarının əməkdaşlarının Ukrayna Prezidentinin yaxın müttəfiqi Timur Mindiçin evində axtarış apardığı məlum olub. Mindiç iş adamıdır və “Kvartal 95” studiyasının sahiblərindən biridir.

Ukrayna mediası, Mindiçin müstəntiqlər onun evinə gəlməzdən bir neçə saat əvvəl Ukrayna ərazisini tərk etdiyi haqda məlumat verir.