Ukrayna mediası – ABŞ və Rusiya Səudiyyə Ərəbistanında görüşlərini başa vurduqdan sonra Amerika və Ukrayna nümayəndə heyətləri danışıqların daha bir raundunu keçirəcəklər
ABŞ və Rusiya Səudiyyə Ərəbistanında görüşlərini başa vurduqdan sonra Amerika və Ukrayna nümayəndə heyətləri danışıqların daha bir raundunu keçirəcəklər – bu haqda məlumatı Ukrayna mediası mənbələrə istinadən yayır.
Mənbələrin məlumatına əsasən, Rusiya və ABŞ-nin nümayəndələrinin görüşündə atəşkəslə bağlı Ukrayna ilə əvvəlcədən razılaşdırılmış versiyaları müzakirə edəcəklər. Enerji obyektlərinə və mülki infrastruktura hücumların dayandırılması, eləcə də Qara dənizdə hücumların dayandırılması müzakirə mövzusu olacaq.
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanında Amerika və rus nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bundan əvvəl, martın 23-də Amerika və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda görüşmüşdü.