Ukrayna xalqına dəstək üçün, Birinci Kanalın efirndə keçirilən marafon zamanı 674 380 lari toplandı

Ukrayna xalqını dəstəkləmək üçün, Ukrayna İctimai Yayımçısına həmrəylik əlaməti olaraq “Biz Ukrayna üçün” xeyriyyə marafonu zamanı bu vaxt üçün 674,380 lari toplandı.

Xeyriyyə marafonunu Gürcüstanın Birinci Kanalı Qırmızı Xaçla birgə keçirdi. Məbləğ Qızıl Xaç Cəmiyyətinin hesabına köçürülürdü.

Marafon Gürcüstanın Birinci Kanalında canlı efirinə çıxdı və ona qoşulma imkanı telefon zəngi və ya bank hesabına pul köçürməklə ictimaiyyətin bütün üzvünün var idi.

“Biz Ukrayna üçün” xeyriyyə marafonunda tanınmış gürcü müğənniləri iştirak etdilər, Gürcüstanın Birinci Kanalının musiqi layihələrindən kompozisiyalar yerinə yetirildi.

Xeyriyyə Marafonu ictimai yayımçıların bütün Avropada həmrəylik aksiyasıdır, marafon Varşavada start götürdü, bu artıq Tbilisi və Prağada, sonra Tallin və Buxarestdə, həmçinin Avropanın bütün paytaxtlarında xeyriyyə marafonu keçiriləcək. Məqsədi isə, birdir – Ukrayna xalqına yardım.