Ukrayna kəşfiyyatında hesab edirlər ki, Vladimir Putin Ukrayna üçün "koreya" ssenarisini müzakirə edir
Ukrayna kəşfiyyatında hesab edirlər ki, Vladimir Putin Ukrayna üçün “koreya” ssenarisini müzakirə edir. Bu bəyanatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general Kirill Budanov etdi.
Onun dediyinə görə, mümkündür ki, Putin Ukraynada işğal olunmuş əraziləri bir kvazidövlət kimi birləşdirməyə çalışsın.
“Kiyevdəki məğlubiyyətdən və Ukrayna hökumətini devirmək planının iflasa uğramasından sonra, Putin əsas əməliyyat istiqamətini dəyişir – bu, cənub və şərq olacaq. Bu ehtimlın imkanını verir ki, Ukrayna üçün “koreya ssenarisini” müzakirə edir. Yəni, Ukrayna ilə işğal olunmuş və işğal olunmayan ərazilər arasında ayrılıq xəttini tətbiq etməyə çalışacaq. Bu, faktiki olaraq Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdi olacaq. O, bütün Ukraynanı həqiqətən uda bilməyəcək”, – Budanov bəyan etdi.
Onun dediyinə görə, Rusiya üçün Krım yarımadasına quru dəhlizinin kəsilməsi hələ də aktualdır, lakin tabe olmayan Mariupol onun bu məqsədə çatmasına mane olur.