Ukrayna kəşfiyyatı – Şimali Koreyanın raket bölməsi Qərbi Rusiyada yerləşdirilməyə başlayıb
Şimali Koreyanın raket bölməsi Qərbi Rusiyada yerləşdirilməyə başlayıb – bu barədə Ukrayna kəşfiyyatının hesabatında qeyd olunub. Məruzədə bölmənin 120-yə qədər ballistik raketi və altı buraxılış qurğusunun ola biləcəyi qeyd olunur.
Ukraynanın Baş Kəşfiyyat Direktoratlığının nümayəndəsi Andrey Çernyak bildirib ki, Rusiya özünün 112-ci raket briqadası çərçivəsində Şimali Koreyanın təxminən 90 hərbi qulluqçusundan ibarət raket bölməsini Rusiyanın qərbinə, Voronej bölgəsinə yerləşdirməyi planlaşdırır.
Qərb mediasının qiymətləndirməsinə əsasən, Pxenyan Rusiyaya 40 ədəd KN-23 və KN-24 ballistik raketlərindən ibarət yeni partiyanı artıq göndərib, ötən həftə isə Rusiya demək olar ki, bir il ərzində ilk dəfə Ukrayna istiqamətində Şimali Koreyaya aid iki raket buraxıb.