Ukrayna kəşfiyyatı dünyada ilk dəfə olaraq Ukraynanın dəniz dronu ilə hava hədəfinin məhv edilməsi haqda məlumat verir
Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ukraynalı döyüşçülərin dünyada ilk dəfə olaraq dəniz dronundan istifadə etməklə hava hədəfini məhv etmələri haqda məlumat verir.
Məlum olub ki, dekabrın 31-də Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “13-cü qrup” xüsusi dəstəsinin döyüşçüləri raket silahları ilə təchiz edilmiş “Magura V5” dəniz dronundan istifadə etməklə tarixdə ilk dəfə olaraq hava hədəfini məhv ediblər.
Kəşfiyyatın məlumatına əsasən, Qara dənizdə müvəqqəti işğal olunmuş Krımın Tarxankut burnu rayonunda döyüş zamanı “P-73 SeeDragon” raketlərinin istifadəsi nəticəsində Rusiyanın Mi-8 helikopteri məhv edilib. Daha bir helikopter zədələnib, lakin aerodroma çatıb.
Rusiyanın müvəqqəti işğal etdiyi Sevastopolda dekabrın 30-u axşam və 31 dekabr gecəsi partlayış səsləri eşidilib. İşğalçıların məlumatına əsasən, ukraynalılar pilotsuz uçuş aparatları və dəniz dronlarından istifadə etməklə hücum həyata keçiriblər.