Ukrayna "İslam İnqilabı Keşikçiləri Korpusu"nu terror təşkilatı elan etdi
Ukrayna "İslam İnqilabı Keşikçiləri Korpusu"nu terror təşkilatı elan etdi

 

Ukrayna “İslam İnqilabı Keşikçiləri Korpusu”nu terror təşkilatı elan etdi – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Ukraynanın azadlığa dəyər verən və onun uğrunda mübarizə aparmağa həqiqətən hazır olan insanları dəstəklədiyini bildirib.

“Bütün dünya İranda baş verənləri, qətllərin sayını və İran rejiminin bölgədə və bütün dünyada müharibə və zorakılığın yayılmasına necə töhfə verdiyini görür. Ukrayna şəhərlərimizə və kəndlərimizə, xalqımıza hücum edən minlərlə “Shahed”i unutmayacaq. Biz, Ukraynada, artıq bu qərarı vermişik və bu təşkilatı terror təşkilatı elan etmişik, bu məsələ bizim üçün bağlıdır. Dünyada bütün terrorçular bərabər münasibətə və qınağa layiqdirlər – heç biri qalib gəlməməlidir” – Volodimir Zelenski bildirib.