Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bir gecədə Ukrayna ərazisinə 61 pilotsuz uçan aparat və iki raket atıb, onlardan 46 pilotsuz təyyarə və hər iki raket vurulub
Rusiya raket və pilotsuz təyyarələrlə Ukraynaya qarşı genişmiqyaslı hücuma keçib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində Ukraynaya doğru 61 pilotsuz təyyarə və iki raket atıb. Ukrayna 46 pilotsuz uçan aparatı və hər iki raketi vura bilib.
Rusiya Odessa, Xarkov, Poltava, Sumi, Kiyev, Çerkassı, Donetsk, Zaporojye, Dnepropetrovsk, Xmelnitski və Kirovoqrad vilayətlərinə hücum etdi.
Çerkassı vilayətinin hərbi administrasiyasının rəhbəri İqor Taburetsin sözlərinə görə, Rusiya pilotsuz təyyarələri mühüm infrastruktur obyektinə ziyan vurub. Nəticədə bəzi insanlar, o cümlədən Çerkassı şəhərində yaşayanlar işıqsız qalıb.
Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Çerkassı vilayətində yaşayış binalarına ziyan dəyib. Hücum yanğınla nəticələnib.
Xəsarət alanlar barədə hələlik məlumat verilmir.