Ukrayna Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya ötən gecə ərzində Ukrayna istiqamətində 99 dron atıb
Rusiya ötən gecə ərzində Ukrayna istiqamətində 99 dron atıb. Ukrayna Hava Qüvvələrinin məlumatına əsasən, onlar 57 pilotsuz uçuş aparatını vura biliblər. Rusiyaya məxsus 36 dronun yeri isə itib.
Kiyev, Xarkov, Sumi, Kirovoqrad və Zaporojie vilayətləri Rusiyanın hücumunun hədəfləri olub.
Kiyev vilayətində rus dronlarının hücumu nəticəsində bir kişi yaralanıb, iki şəxsi evə ziyan dəyib. Ticarət müəssisəsinin ərazisində yanğın baş verib.