Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya Zaporojye atom elektrik stansiyasına atəş açdı
Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya Zaporojye atom elektrik stansiyasına atəş açdı. Enerqodar şəhərinin meri, Dmitri Orlov vətəndaşları küçələrə çıxmamağa çağırır. Ukrayna hərbi kəşfiyyatı bildirir ki, ruslar nüvə obyektini atəşə Vodianoe kəndindən tutur. Onların məlumatına görə, nəticədə stansiyanın yeraltı rabitə və yanğınsöndürmə hissəsinə ziyan dəyib.
Paralel olaraq, Dnepropetrovsk vilayətinin administrasiyası Rusiya ordusunun Nikopol şəhərini bombaladığını bildirir. Şəhərdə çoxmərtəbəli və fərdi evlərə ziyan dəydi. Uşaq bağçasına da. Qaz kəməri və elektrik verilişi xətti sıradan çıxdı. Vətəndaşlar xəsarət almayıb.
Bundunla yanaşı, Donbass və Xerson vilayətində döyüşlər davam edir. Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna silahlı qüvvələri dünən Xerson vilayətində Yeni Kaxovka bənd körpüsünü sıradan çıxartdılar və bu, rusların işğal olunmuş ərazilərdə yerləşdirilən qoşunların təchizatını çətinləşdirəcək.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Pesk qəsəbəsini tamamilə işğal etdiklərini bildirir.