Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya yenidən dronlardan istifadə edərək Ukraynaya hücum edib
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya ümumilikdə 108 pilotsuz uçuş aparatı göndərib.
Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərq, şimal, cənub və mərkəzi hissələrində 60 ədəd “Şahed” tipli dronu vuraraq məhv edib, daha 41 pilotsuz aparat isə hədəfə çatmadan yolundan sapıb.
Onların bildirdiyinə görə, bu dronlar Bryanskdan, Smolensk vilayətinin Şatalovo qəsəbəsindən, Rostov vilayətinin Millerovo şəhərindən, Krasnodar diyarının Primorsko-Axtarsk bölgəsindən, habelə Rusiya tərəfindən işğal olunan Zaporojye vilayətinin ərazilərindən və ilhaq edilmiş Krımdan buraxılıb.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, Ukraynaya qarşı müharibəni davam etdirən Rusiya qüvvələri Sumı və Xarkov vilayətlərinə doğru dəfələrlə idarə olunan aviasiya bombaları göndəriblər.
Rusiya dronlarının hücumu nəticəsində Kiyev vilayətində bir nəfər yaralanıb. Brovari rayonunda 1954-cü il təvəllüdlü kişi stressdən kəskin reaksiya verib və şok vəziyyətindədir. Həmin hücum zamanı eyni rayonda bir neçə fərdi yaşayış evi də zərər görüb.