Ukrayna hakimiyyətinin məlumatına görə, Mariupoldakı “Azovstal” zavodunda azı 1000 ukraynalı hərbçi var.
Ukrayna hakimiyyətinin məlumatına görə, Mariupoldakı “Azovstal” zavodunda azı 1000 ukraynalı hərbçi işləyir. Bunu Ukraynanın reinteqrasiya naziri İrina Vereşçuk deyib.
“Yüzlərlə əsgər yaralanıb. Ciddi xəsarət alan insanlar var ki, onları təcili təxliyə etmək lazımdır”, – deyir o.
Onun sözlərinə görə, “Azovstal” zavodunun ərazisində vəziyyət hər gün pisləşir.
Mariupol müdafiəçilərinin sözlərinə görə, rus ordusu Azovstal hücumunu bərpa edib.
Azov Legionu komandirinin müavininin sözlərinə görə, bombardman davam edir, nəticədə onların “Azovstal” ərazisindəki səhra xəstəxanasında insanlarla əlaqəsi kəsilib.