Ukrayna hakimiyyətinin məlumatına əsasən, Ukrayna Hava Qüvvələri “F-16” tipli döyüş təyyarələrinin yeni partiyasını alıb

11:21, 20.03.2025

 

Ukrayna Hava Qüvvələri “F-16” tipli döyüş təyyarələrinin yeni partiyasını alıb. Ukrayna mediasının məlumatına əsasən, Zelenski bu barədə onlayn brifinq zamanı bildirib.

“Əlavə “F-16” təyyarələri Ukraynaya gətirildi. Ruslar yalan deyirlər, guya nəyisə vurublar. Heç nəyi vurmayıblar. Yaxşı xəbər isə odur ki, bir neçə “F-16″ təyyarəsi Ukraynaya gətirildi” – Zelenski bildirib.

Bununla yanaşı, Ukrayna Prezidenti alınan döyüş təyyarələrinin dəqiq sayını açıqlamayıb.

Bundan əvvəl rus “Telegram” kanallarında Sumi vilayəti üzərində “F-16” təyyarəsinin vurulması barədə məlumatlar yayıldı, lakin Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzi bunu yalan olaraq qiymətləndirdi.

Ukrayna 2024-cü ilin oktyabrında Niderlanddan “F-16” tipli döyüş təyyarələrinin ilk partiyasını alıb. 2025-ci ilin fevralında isə Kiyevə təyyarələrin növbəti partiyasının təhvil verilməsi barədə məlumat yayıldı.

Oxşar