Ukrayna hakimiyyəti vətəndaşları Müstəqillik Gününü qeyd edərkən diqqətli olmağa çağırır
Ukrayna hakimiyyəti vətəndaşları Müstəqillik Gününü qeyd edərkən diqqətli olmağa çağırır.
“BBC”-nin yazdığı kimi, prezident aparatının rəhbərinin müşaviri, Mixailo Podolyak Ukraynanın Müstəqillik Günü – avqustun 24-də əhaliyə Kiyevə raket hücumlarının təhlükəsi barədə xəbərdarlıq etdi.
“Rusiya arxaik dövlətdir. Müəyyən tarixləri öz hərəkətləri ilə əlaqələndirir – insanların özünü pis hiss etməsi üçün nə etmək lazımdır. Onlar bizə nifrət edirlər, ona görə də avqustun 23-də və 24-də bir sıra şəhərlərə qanadlı raket hücumlarının sayını artırmağa çalışacaqlar. Sözsüz ki, Kiyev də bu şəhərlərin siyahısında olacaq”, – Podolyak milli televiziya marafonunun efirində bəyan etdi.
Onun dediyinə görə, qiyamət olmayacaq, lakin vətəndaşlar diqqətli olmalı və hava hücumu xəbərdarlığına məhəl qoymalıdırlar.
Qeyd olunasıdır ki, prezident Vladimir Zelenski də gələn həftənin əvvəlində bayram günləri ilə əlaqədar Ukraynalılardan xüsusilə diqqətli olmalarını xahiş etdi.