Ukrayna hakimiyyəti Mariupoldakı Ukrayna ordusunun 36-cı briqadasının rusların dəniz piyada briqadasına təslim olması ilə bağlı məlumatı təsdiqləmir
Ukrayna hakimiyyəti Mariupoldakı Ukrayna ordusunun 36-cı briqadasının rusların dəniz piyada briqadasına təslim olması ilə bağlı məlumatı təsdiqləmir

Ukrayna hakimiyyəti Mariupoldakı Ukrayna ordusunun 36-cı briqadasının rusların dəniz piyada briqadasına təslim olması ilə bağlı məlumatı təsdiqləmir. Ukrayna prezidenti aparatının müşaviri, Aleksey Arestoviçin dediyinə görə, 36-cı dəniz piyadaları briqadası çətin və riskli manevr nəticəsində mühasirəni yarıb və “Azov” legionunun döyüşçülərinə qoşulubdur.

“36-cı briqada məğlubiyyətdən qismən yayındı və əlavə ciddi imkanlar əldə etdi, faktiki olaraq ikinci şans qazandı. Şəhərin müdafiə sistemi böyüdü və möhkəmləndi”, – Arestoviç bəyan etdi.

Ukrayna dəniz piyadalarının təslim olması ilə bağlı məlumatı Ukrayna Müdafiə Nazirliyində də təsdiqləmirlər.

Ona qədər Rusiya Müdafiə Nazirliyi 1026 Ukraynalı əsgərin mühasirədə olan Mariupol şəhərində silahlarını yerə qoyaraq Rusiya qoşunlarına təslim olduğunu bəyan etdi.